Yığımlar
Sifarişçinin mövcud probleminə peşəkar yanaşma
Sifarişçinin mövcud probleminə peşəkar yanaşma
Ən uyğun yığım modelini müəyyən etmək üçün məlumatları təhlil edirik.
Biz yalnız müvafiq qanunvericilik çərçivəsində çalışırıq.
BOA Agency — Azərbaycanda problemli borcların yığımı üzrə peşəkar xidmətlər göstərən ilk və ən böyük ixtisaslaşmış şirkətdir.
Missiyamız və baxışımız
Missiyamız — müştəri maraqlarını qorumaq, problemli portfellərin sağlamlaşdırılmasında maksimum nəticə əldə etmək və borc münasibətlərinin hüquqi çərçivədə səmərəli həllini təmin etməkdir. Bizim baxışımız — Azərbaycanın ən etibarlı, problemli borcların yığımı üzrə peşəkar xidmətlər göstərən şirkət kimi tanınmaq, sektorda şəffaflıq və peşəkarlığın yeni standartlarını müəyyənləşdirməkdir.
BOA Agency — müştəri maraqlarını prioritet hesab edən, nəticəyönümlü və hüquqi çərçivədə fəaliyyət göstərən peşəkar şirkətdir.
2011-ci ildən etibarən biz banklar, sığorta və kommersiya qurumları üçün borc öhdəliklərinin idarə olunması, məhkəməyədək və məhkəmə sonrası icra mərhələlərində vəsaitlərin qaytarılması üzrə kompleks xidmətlər təqdim edirik.
Müasir analitik yanaşma, avtomatlaşdırılmış proseslər və güclü əməliyyat infrastrukturu sayəsində tərəfdaşlarımız üçün daha sürətli, şəffaf və dayanıqlı nəticələr əldə edirik. Fəaliyyətimiz qanunvericiliyə tam uyğunluq, etik davranış və məxfiliyin qorunması prinsipləri üzərində qurulub. Bu dəyərlər bizə ölkə miqyasında etibarlı tərəfdaş(brend) statusunu qazandırıb.
Borcun könüllü qaytarılması üçün effektiv və qanunvericiliyə tam uyğun dialoq qurma strategiyaları tətbiq edirik. Prosesə SMS və poçt bildirişləri, səmərəli telefon danışıqları, borclunun aktual məlumatlarının yenilənməsi, şəxsi görüşlərin təşkili və fərdi ödəniş planlarının hazırlanması daxildir. Məqsədimiz — borcun məhkəməyə çıxarılmadan, qarşılıqlı anlaşma və hüquqi çərçivədə bağlanmasını təmin etməkdir.
Məhkəmə və icra mərhələsində tam hüquqi dəstək göstərir və təmsilçilik təmin edirik. Xidmətlərə iddia ərizələrinin hazırlanması, məhkəmədə təmsilçilik, məhkəmə qərarlarının alınması ve icraya yönəldilməsi, icra qurumları ilə koordinasiya daxildir. BOA Agency-nin hüquq komandası hər bir işi qanuni əsaslarla və maksimal nəticə əldə etmək məqsədilə həyata keçirir.
BOA Agency problemli kredit və borc portfellərinin ədalətli, şəffaf və analitik əsaslarla qiymətləndirilməsi və alınması xidmətini təqdim edir. Prosesə aktivlərin dərin analizi, risk və gəlirlilik qiymətləndirilməsi, maliyyələşdirmə strukturunun formalaşdırılması və razılaşdırılmış şərtlərlə portfelin alınması daxildir. Bizim yanaşmamız həm kreditor üçün maliyyə sabitliyinin qorunması, həm də bazarda aktiv dövriyyənin canlandırılması məqsədini daşıyır.

əməkdaş
partnyor
filial
Komandamız hüquq, iqtisadiyyat və maliyyə sahəsində iki və ya daha çox universitet diplomu və ya dərəcəsi olan yüksək peşəkar mütəxəssislərdən ibarətdir. İşçilər hüquq-mühafizə, məhkəmə idarəsi, təhlükəsizlik xidmətləri, məhkəmə sistemləri və bank sektorunda geniş təcrübəyə malikdir.
• Əgər borc tam və ya qismən ödənilibsə, ünvanınızda və ya telefon nömrənizdə əlaqə saxlamalı olduğumuz borcu olan vətəndaş yoxdursa, habelə şəxsi məlumatların uyğunsuzluğu ilə bağlı digər hallarda sizdən xahiş edirik ki, bizə məlumat verin.
• Əgər şəxsi məlumatlarınız və ya əlaqə məlumatlarınız dəyişibsə zəhmət olmazsa bu dəyişikliklər barədə bizə məlumat verin.
• Əgər hər hansı təklifiniz və yaxud şikayətiniz olarsa bizimlə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrəsi : +99412 310 39 21
Bakı filialı ünvan : Bakı Azərbaycan, Mir Cəlal küç.36D AZ1102
Gəncə filialı ünvan : Gəncə Azərbaycan, Əttarlar küç AZ2002
Elektron poçt ünvanı : info@boa.az
Linkedin : BOA Agency
Facebook : BOA Agency