Yığımlar
Sifarişçinin mövcud probleminə peşəkar yanaşma
Sifarişçinin mövcud probleminə peşəkar yanaşma
Ən uyğun yığım modelini müəyyən etmək üçün məlumatları təhlil edirik.
Biz yalnız müvafiq qanunvericilik çərçivəsində çalışırıq.
BOA Agency — peşəkar hüquqşünaslardan, maliyyə və risk mütəxəssislərindən ibarət komanda ilə işləyir.
İşimizin əsasında analitik yanaşma, dünya səviyyəsinde tanınmış rəqəmsal idarəetmə sistemləri və səmərəli kommunikasiya modelləri dayanır.
Bizim məqsədimiz sadəcə borcu qaytarmaq deyil, tərəfdaşlarımız üçün uzunmüddətli etibarlılıq və maliyyə sabitliyi yaratmaqdır.
a. Nəticəyə yönəlmiş metodologiya
BOA Agency borc portfellərinin idarə edilməsində sistemli, mərhələli və məlumat əsaslı yanaşma tətbiq edir.
Hər bir proses dərin analitika, müasir texnologiya və peşəkar komanda işi üzərində qurulub. Məqsəd – maksimum yığım göstəricilərinə minimum zaman ərzində nail olmaqdır.
b. Müştərilərimiz
Banklar və Bank olmayan kredit təşkilatları (BOKT)
BOA Agency ASC banklar və bank olmayan kredit təşkilatları üçün problemli kredit portfellərinin idarə edilməsi və bərpası sahəsində böyük təcrübəyə malikdir.
Xidmətlərimizə borc öhdəliklərinin analizi, risklərin qiymətləndirilməsi, soft və legal collection mərhələlərinin həyata keçirilməsi, eləcə də məhkəmədə və icra orqanlarında peşəkar təmsilçilik daxildir.
Bizim məqsədimiz — tərəfdaşlarımızın maliyyə dayanıqlığını qorumaq, pul axınını bərpa etmək və problemli aktivlərin idarə edilməsində şəffaflıq təmin etməkdir.
c. Sığorta şirkətləri
Sığorta sektorunda biz regress və subroqasiya tələblərinin effektiv icrası üzrə ixtisaslaşmışıq.
BOA Agency avtomobil, əmlak və digər növ sığorta hadisələri üzrə geniş miqyaslı işlərin idarə edilməsini həyata keçirir.
Proseslər müasir məlumat bazaları, analitik alətlər və hüquqi koordinasiya mexanizmləri ilə dəstəklənir ki, bu da maksimum yığım göstəriciləri və əməliyyat səmərəliliyi ilə nəticələnir.
d. Digər kommersiya təşkilatları
Biz həmçinin xidmət və ticarət sektorunda fəaliyyət göstərən şirkətlərə də borcların idarə olunması, kreditor və debitor balanslarının bərpası istiqamətində dəstək veririk.
Hər bir tərəfdaş üçün sahə spesifik yanaşma tətbiq edərək, əməkdaşlıq modellərini biznesin xüsusiyyətlərinə uyğun qururuq.
Hər portfel ilkin mərhələdə kompleks təhlildən keçirilir. Borclular maliyyə vəziyyəti, davranış modeli və risk səviyyəsinə görə seqmentləşdirilir, bunun əsasında ən uyğun yığım strategiyası seçilir. Bu mərhələ prosesin effektivliyinin əsasını təşkil edir.
Məhkəməyəqədər mərhələdə borclularla etik, hüquqa uyğun və insan yönümlü dialoq aparılır. Prosesə SMS və e-poçt bildirişləri, zənglər, chatbot və voice-bot sistemləri daxildir. Məqsəd — dialoq vasitəsilə ödəniş razılaşması əldə etmək və məhkəməyə qədər borcun bağlanmasını təmin etməkdir.
Məhkəmə və icra proseslərində BOA Agency-nin təcrübəli hüquqşünaslar komandası borclunun işi üzrə tam hüquqi müşayiət təmin edir. Bura məhkəmədə təmsilçilik, qərarların alınması, icra orqanları ilə koordinasiyalı iş, eləcə də aktivlərin bərpası daxildir. Proseslər qanunvericiliyə tam uyğun və peşəkarlıq prinsipləri əsasında həyata keçirilir.
Şirkət öz fəaliyyətində Call center, daxili skoring sistemi, BI-analitika və real vaxt rejimində monitorinq alətlərindən istifadə edir. Bu yanaşma əməliyyat şəffaflığını artırır, performans göstəricilərinin dəqiq izlənməsinə imkan verir və qərarların moteber melumatlar əsasında qəbulunu təmin edir.
BOA Agency bu gün Azərbaycanın bütün şəhər və rayonları əhatə edir. Bakı və Gəncə şəhərlərində yerləşən iki mərkəz vasitəsilə həm yerində, həm də məsafədən yığım əməliyyatları həyata keçirilir. Regional əhatə — lokal bazar biliklərini və operativ əlaqəni təmin edən əsas üstünlüyümüzdür.
• 66 rayon üzrə fəaliyyət
• 11 şəhər
• 200,000+ iş portfeli
• 200M+ AZN ümumi portfel həcmi
• 24/7 əməliyyat dəstəyi, 2 avtomatlaşdırılmış kontakt-mərkəz
BOA Agency — Banklar, BOKT-lar, sığorta və kommersiya təşkilatları üçün etibarlı və uzunmüddətli tərəfdaşdır.
Bizim məqsədimiz — tərəfdaşlarımızın problemli aktivlərini riskdən gəlirə çevirmək, resurs itkilərini minimuma endirmək və maliyyə sabitliyini qorumaqdır.
a. Fərdi yanaşma və şəffaf əməkdaşlıqa
Hər bir partnyor üçün fərdi iş modeli və qiymətləndirmə mexanizmi hazırlanır.
Əməkdaşlıq prosesi tam şəffaf, qanunvericiliyə uyğun və etibarlı məlumat mübadiləsinə əsaslanır.
Biz konfidensiallıq, etik davranış və operativ hesabatlılıq prinsiplərinə sadiqik.
b. Əməkdaşlıq formaları
• Agentlik modeli: borcların BOA Agentliyi tərəfindən partnyor adından yığılması.
• Portfel alışı: borc portfellərinin real bazar qiyməti ilə alınması.
• Kompleks model: həm agentlik, həm də alış yanaşmalarının sintezi.
• Konsaltinq xidməti: daxili yığım proseslərinin təkmilləşdirilməsi və risklərin azaldılması üzrə məsləhət dəstəyi.
c. Əməkdaşlıq prosesi
• Portfolio təqdimatı – tərəfdaş portfeli və struktur məlumatlarını tam shekilde təqdim edir.
• İlkin analiz – BOA komandası portfeli təhlil edir və ilkin qiymətləndirmə aparır.
• Şərtlərin razılaşdırılması – tərəflər arasında fərdi əməkdaşlıq modeli və müqavilə şərtləri müəyyənləşdirilir.
• Pilot mərhələ – seçilmiş portfel üzrə test tətbiqi aparılır, nəticələr qiymətləndirilir.
• Tam tətbiq – əməkdaşlıq genişləndirilir, mütəmadi hesabatlılıq və performans monitorinqi həyata keçirilir.
d. Nəticəyə yönəlmiş tərəfdaşlıq
Bizim tərəfdaşlarımız nəticə əsaslı ödəniş modeli, müntəzəm hesabatlar, analitik baxışlar və maliyyə şəffaflığı ilə təmin olunurlar.
BOA Agency üçün hər bir əməkdaşlıq — sadəcə xidmət deyil, uzunmüddətli strateji tərəfdaşlıq deməkdir.